Azərbaycanda sürücü polisi vurub qaçdı, həbs edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sürücü polisi vurub qaçdı, həbs edildi - Video

Kriminal

11 Dekabr 2021 21:51 1500


Sosial şəbəkələrdə yayılmış görüntülərin təfərrüatı məlum olub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Göygöl rayonunda qeydə alınıb. 

Belə ki, yol polisi sürücüyə "saxla" əmri verib. Lakin sürücü əmrə tabe olmayıb, polis əməkdaşını idarə etdiyi avtomobil ilə vuraraq hadisə yerindən qaçıb.  Toyuqlu pizza

İnsidentdən dərhal sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb və sürücünün şəxsiyyəti müəyyən edilib. 

Sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. 

Məhkəmənin qərarı ilə sürücü barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!