Azərbaycanda taksi istifadəçilərinin sayı azalıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda taksi istifadəçilərinin sayı azalıb

Sosial

17 May 2025 14:39 315


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda minik taksiləri ilə 25 514 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 0,1% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə ölkədə minik taksiləri ilə 25 539,5 min sərnişin daşınıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 582 100,8 min sərnişin daşınıb, bu da illik müqayisədə 6,6% artım deməkdir. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!