Azərbaycanda tanınmış jurnalist reanimasiyaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tanınmış jurnalist reanimasiyaya yerləşdirildi

Maraqlı

19 May 2022 12:40 673


Tanınmış jurnalist, “İstiqlal.az” saytının rəhbəri Qadir İbrahimlinin səhhətində ciddi problem yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalistin dostları sosial şəbəkədə bildiriblər.

Q.İbrahimli mayın 18-də axşam saatlarında Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun qaraciyər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Q.İbrahimlinin şəkər xəstəliyi də var. pizza

Ağır vəziyyətdə olan jurnalistin hazırda müalicəsi davam etdirilir.

Həmkarları hadisə ilə əlaqədar Mətbuat Şurasına müraciət edərək, Q.İbrahimliyə dəstək verilməsini istəyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!