Azərbaycanda tanınmış müğənni koronavirusa yoluxdu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tanınmış müğənni koronavirusa yoluxdu - Foto

Şou

07 Dekabr 2020 00:52 1677


Müğənni Xatun Əliyeva koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə müğənni özü sosial media hesabında məlumat yayıb :

"Nə qədər qorunsam da, bütün deyilənlərə əməl etsəm də bu virusa mən də yoluxdum. Niyə? Çünki daşıyıcılar aramızdadır. İnsanların çoxu məsuliyyətsizdir. Çoxu daşıyıcı olaraq rahat insanların arasına çıxır, ətrafdakıları da yoluxdurur. Biz sənət adamları bəzən məcburuq hansısa tədbirlərdə, çəkilişlərdə iştirak edək. Bu vecsiz insanların ucbatından biz də yoluxuruq. Mən indi məcburam ki, bütün işimi gücümü atım, evə qapanım. Çünki ətrafımdakıları da düşünürəm, yazıqdır axı bu insanlar! Niyə bu vəziyyətin ciddiliyinə varmırsınız",- deyə Xatun yazıb. pizza mizza

Qeyd edək ki, indiyədək bir çox məşhur müğənnilər Lalə Məmmədova, Manaf Ağayev, Elçin Hüseynov da koronavirusa yoluxub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!