Azərbaycanda “təcili yardım” həkimləri döyüldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda “təcili yardım” həkimləri döyüldü

Kriminal

12 İyun 2019 09:23 1414


Bərdə rayonunda Təcili Tibbi Yardım Stansiyasının çağırışa çıxan həkimləri və "təcili yardım" avtomobilinin sürücüsü döyülüb.

Hadisə rayonun Qaradəmirçi kəndində baş verib. Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlali  bildirib ki, bu gün səhər saatlarında stansiyanın həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və "təcili yardım" avtomobilinin sürücüsü Zaur İbrahimov çağırış yerinə çatan kimi döyülüblər: 

"Ünvana çatan həkim briqadasına şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə hücum edib. Hadisə zamanı hər iki qadın həkim və sürücü xəsarət alıblar.  pizza sifarişi

Bundan başqa, "təcili yardım" avtomobilinin şüşələri qırılaraq yararsız hala salınıb".

Hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!