Azərbaycanda tələbə dabaq xəstəliyinə yoluxub? -   RƏSMİ CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tələbə dabaq xəstəliyinə yoluxub? - RƏSMİ CAVAB

Sosial

23 Oktyabr 2025 11:46 369


“Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin guya dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb: “Hazırda ölkə ərazisində bu xəstəliklə bağlı  insanlar arasında yoluxma faktı aşkarlanmayıb.  pizza sifarişi

Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər.

Eyni zamanda, media nümayəndələrindən xahiş edirik ki, ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi və dəqiqləşdirilmiş məlumatları yayımlasınlar”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!