Azərbaycanda tələbə faciəli şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Hadisə

20 May 2024 23:32 980


Ötən gün faciəli şəkildə ölən şəxs tələbə olub.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, Göyçayda cərəyanın vuraraq öldürdüyü 24 yaşlı İsmayıl İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış. pizza hut

Məlumat üçün bildirək ki, hadisə rayonun Potu kəndində qeydə alınıb.

Qeyd edək ki, rayonun Müskürlü kənd sakini, 2000-ci il təvəllüdlü İsamayıl Rafiq oğlu İsmayılov Potu kəndi ərazisində ağacdan alça yığarkən ehtiyatsızlıqdan yaxınlıqdan keçən elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!