Azərbaycanda tələbə qız özünü dənizə ataraq intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tələbə qız özünü dənizə ataraq intihar etdi

Hadisə

21 Fevral 2021 16:10 1168


Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.

Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib. pizza mizza

Hadisə şahidlərinin sözlərinə görə, gənc qız bir neçə dəfə dənizin sahilinə yaxınlaşsa da geri çəkilib.

Sonuncu dəfə sahilə yaxınlaşan V. Rəhimli qəfildən özünü dənizə atıb. Ətrafdakı insanlar yardım etmək istəsələr də cəhdləri uğursuz olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. İntihar edən qızın meyiti sudan çıxarılaraq adiyyəti üztə təhvil verilib.

Mərhumun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!