Azərbaycanda “TIR”larla gəlin gətirməyə gedənlər saxlanıldı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda “TIR”larla gəlin gətirməyə gedənlər saxlanıldı - VİDEO

Hadisə

13 Noyabr 2023 15:25 1225


Lənkəranda “TIR”larla toy karvanı təşkil edən sürücülər saxlanılıb.

“Yeni Sabah” “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Narbağı kəndində keçirilən toy məclislərindən birində bəyin atası və tanışlarının idarə etdikləri “TIR”larla toy karvanı təşkil etmələrinin görüntüləri sosail şəbəkələrdə yayılıb.

Onların yük avtomobilləri ilə Lənkəran -Lerik yolunda digər nəqliyyat vasitələri üçün təhlükəli manevrlər etmələri, yolda hərəkəti çətinləşdirmələri bildirilib. Həmin nəqliyyat vasitələri yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. pizza

Məsələ ilə bağlı cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən dərhal həmin toy karvanında olan sözügedən nəqliyyat vasitələri və sürücülər müəyyən edilib: “Həmin nəqliyyat vasitələrinin sürücüləri Lənkəran ŞRPŞ-yə dəvət edilib və hər biri barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!