Azərbaycanda toy yasa döndü: İki nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda toy yasa döndü: İki nəfər öldü

Hadisə

17 Fevral 2024 08:27 7253


Göyçayda toya dəvət alan qonaqlardan ikisi ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Şahsoltanlı kənd sakini mərasimdə özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb. Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə il idi ki, ürək xəstəliyindən müalicə alırdı. Dördpendirli pizza

Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan həmkəndlisi, 37 yaşlı Vilayət Məmmədov toydan çıxaraq evə gedib. Özünü pis hiss etdiyi üçün o, xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, o, xəstəxanada vəfat edib. İlkin ehtimala görə, gənc ürəktutmasından vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mirməhəmməd
    Bunu toyla bir əlaqəsi yoxdu axi niyə bu toyu göstərirsiniz toyda olmasaydida o,insanlar ölecəydiler qeder taleh yazisi
    2 years ago
  • Nazim-Abdullax
    Salam.Bu ölümlərin Toyla nə əlaqəsi varki?O yüzdən hər şeyi olduğu kimi yazın.
    2 years ago