Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya olundu

Maraqlı

06 Oktyabr 2022 15:47 1008


Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Özbəkistan ərazisində cinayət törətməkdə təqsirlənirilən həmin ölkənin vətəndaşı Aşurəliyev Şərəf Xumoyunoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunması barədə Azərbaycanın Baş Prokurorluğuna sorğu edilib. Sezar pizza

Şərəf Aşurəliyev qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunub.

Baş Prokurorluq tərəfindən ekstradisiya icraatı aparılaraq Özbəkistan Baş Prokurorluğunun sorğusu təmin olunub. Şərəf Aşurəliyev hər iki ölkənin hüquq mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə sorğu edən ölkəyə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!