Azərbaycanda üç uşaq anası amansızlıqla qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda üç uşaq anası amansızlıqla qətlə yetirildi

Kriminal

28 Aprel 2021 20:32 887


Lerik rayonunda üç uşaq anasının boğazı kəsilərək qətlə yetirilib.

Yenisabah.az xəbər verir ki, hadisə Barzavu kəndində qeydə alınıb.

Belə ki, təxminən 40-45 yaşlarında olan Zəkifə Feyruz qızı Qəmbərova evində boğazı kəsilmiş vəziyyətdə aşkar olunub. Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır. Övladlarından kiçiyi anası ilə birlikdə qalır. pizza mizza

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Mərhumun üzərində zorakılıq əlamətlərinin müşahidə olunduğu bildirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!