Azərbaycanda üç vəzifəli şəxs işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda üç vəzifəli şəxs işdən çıxarıldı

Siyasət

25 Sentyabr 2024 18:38 6198


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin üç şöbə müdiri vəzifələrindən azad olunub.

"Report"un məlumatına görə, bununla bağlı bölmənin sədri, akademik İsmayıl Hacıyev əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinə seçkilərdə deputat seçilən filologiya elmləri doktoru Nuray Yadigar qızı Əliyeva, tarix üzrə fəlsəfə doktoru Asəf Yunis oğlu Orucov və tarix üzrə fəlsəfə doktoru Zeynəb Kərim qızı Quliyeva tutduqları vəzifədən azad ediliblər. pizza mizza

Həmçinin, AMEA Naxçıvan Bölməsinin Nəşriyyat bölməsinin müdiri Qafar Tahar oğlu Qənbərov da seçkilərdə deputat seçildiyi üçün tutduğu vəzifədən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!