Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - Siyahı

Sosial

04 Mart 2020 13:04 518


2020-ci ilin yanvar və fevral aylarında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub. 2Yeni Sabah" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən doğumu qeydiyyata alınmış uşaqlara cari ilin ötən dövründə qoyulan oğlan uşaqlarına qoyulan adlar arasında Yusif (468), Uğur (409), Əli (391), Hüseyn (382), Məhəmməd (254), Ömər (252), Murad (216), Ayxan (202), Raul (189) və Tunar (187) üstünlük təşkil edib. Eyni zamanda cari ilin ötən dövründə qız uşaqlarına daha çox Zəhra (492), Məryəm (367), Zeynəb (341), Mələk (305), Nuray (295), Fatimə (285), Aylin (271), İnci (224), Nilay (224) və Ayan (199) adları qoyulub.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!