Azərbaycanda vəkilə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəkilə cinayət işi açıldı

Sosial

17 İyul 2019 05:36 1355


Azərbaycanda vəkilə qarşı cinayət işi başlanıb.

12 saylı Vəkil bürosunun vəkili Vüqar Poladov Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham olunur. 

Onunla birlikdə Misir Əmirov da təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.  Pepperoni pizza

Onlar barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq. 

Vəkillər Kollegiyasından APA-ya bildirilib ki, V. Poladovun vəkillik fəaliyyəti bir müddət əvvəl dayandırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!