Azərbaycanda vəzifəli şəxs 3 min manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxs 3 min manat cərimələndi

Sosial

11 Aprel 2020 13:33 637


Sumqayıt şəhəri ərazisində tüstü və iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə  daxil olan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin  əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, araşdırma zamanı şəhərin inzibati ərazisində  yerləşən məişət tullantıları poliqonunda baş verən yanğın səbəbindən ətrafa tüstü və iy-qoxunun yayıldığı məlum olub.

Poliqonda məişət tullantılarının idarə edilməsində qanunvericiliyin tələblərinin pozulduğu və tullantıların yanması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülmədiyi müəyyən edilib.  Sezar pizza

Faktla bağlı poliqonun icarədarı Qəhrəman Qəhrəmanov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Belə halların baş verməməsi  üçün cavabdeh şəxs Q.Qəhrəmanova icrası məcburi olan “məcburi göstəriş” verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!