Azərbaycanda vəzifəli şəxs istefa verdi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxs istefa verdi 

Sosial

29 Sentyabr 2025 10:30 3809


Mingəçevir Dövlət Universitetinin (MDU) tədris məsələləri üzrə prorektoru, ali məktəbin keçmiş rektor əvəzi Üzeyir Zeynalov işdən çıxıb. 

"Yeni Sabah"-ın əldə etdiyi xəbərə görə, o, vəzifədən azad olunması üçün ərizə yazıb. 

Prorektorun istəyi qəbul edilib. Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə Üzeyir Zeynalov MDU-nun prorektoru vəzifəsindən azad olunub.  pizza sifarişi

Qeyd edək ki, Üzeyir Zeynalov 1973-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini bitirib. 

O, əmək fəaliyyətinə Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında metodist, müəllim olaraq başlayıb. Sonra həmin filialın Tədris şöbəsinin müdiri, MDU-nun Tədris hissəsinin müdir müavini, Karyera Mərkəzinin direktoru, Tədris şöbəsinin müdir müavini, Tədris şöbəsinin müdiri vəzifələrində çalışıb.

Elm və təhsil naziri Emin Əmrullayevin 2024-cü il iyunun 3-də imzaladığı əmrlə MDU-nun prorektoru təyin olunmuşdu. Eyni zamanda ali məktəbin rektoru vəzifəsinin icrası ona həvalə edilmişdi. Ü.Zeynalov bu vəzifəni 2025-ci ilin aprelin 9-dək yerinə yetirib.

Prezident İlham Əliyevin həmin tarixdə imzaladığı sərəncama əsasən, Anar Eminov MDU-nun rektoru təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!