Azərbaycanda vəzifəli şəxs vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Hadisə

28 Yanvar 2024 16:09 938


Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının sədri vəfat edib.

Yenisabah.az Ölkə.az-a istinadən xəbər verir ki, Miqrant Şurasının sədri Gökhan Çoban xərçəng xəstəliyindən dünyasını dəyişib.

Məlumata görə, müalicə aldığı "Emsay" xəstəxanasında vəziyyəti ağırlaşan G.Çoban bir neçə gün əvvəl reanimasiyaya yerləşdirilmişdi. pizza mizza

Qeyd edək ki, o daha əvvəl də Rabitəbank ASC-də Pərakəndə Bankçılıq Departamenti Direktorun müşaviri olaraq işləyib.

G.Çoban 2022-ci ilin dekabrda Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının sədri seçilmişdi.

10 ildən çoxdur Azərbaycanda yaşayan G.Çoban azərbaycanlı xanımla evli idi. 

O, daha əvvəl xərçəng xəstəliyinə qalib gəlsə də, sonra yenidən bu xəstəlik onda baş qaldırmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!