Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə bu gün Soltanlı kəndində qeydə alınıb.
Rayon sakini Ədalət Zeynalov idarə etdiyi "Lada" markalı avtomobillə yol kənarında dayanan "Ford" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb. pizza
Qəzada həlak olan Ədalət Zeynalov "Azərişıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız