Azərbaycanda vəzifəli şəxsə elektron qolbaq taxıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxsə elektron qolbaq taxıldı

Kriminal

28 Sentyabr 2021 12:48 800


Daşkəsən Rayon İcra Hakimiyyəti (RİH) başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Hətəm Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, Daşkəsən Rayon Məhkəməsində keçirilən sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. pizza mizza

İttihama görə, Daşkəsən RİH başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş H.Əzizov 2020-ci ildə vəzifə saxtakarlığına yol verərək xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verib.

Onun barəsində Cinayət Məcəlləsində 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!