Azərbaycanda vəzifəli şəxsi döydülər - ANBAAN VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxsi döydülər - ANBAAN VİDEO

Hadisə

19 Fevral 2024 13:50 4593


Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb.

“Yeni Sabah” xəbər verir ki, oxu.az-ın məlumatına görə, həmin şəxslər baş direktordan ağır ağrıkəsici dərman istəyiblər. 

O da "yox" cavabı verdiyi üçün döyülüb.  pizza hut

Rauf Yəhyayev Oxu.Az-a açıqlamasında bildirib ki, bir neçə şəxs xəstəxanaya gəlib, ağır ağrıkəsici dərman tələb ediblər:

"Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. Onlar dedilər ki, o dərmanlar kömək etmir. Ondan ağırı narkotikdir, mən onlara narkotik verəcəkdim? Dedim ki, təcili yardım şöbəsinə getsinlər. Münaqişə başladı və bıçaqla hücum etdilər".

Qeyd edək ki, məsələ barədə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!