Azərbaycanda vəzifəli şəxslər həbs olundu – Əməliyyat

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxslər həbs olundu – Əməliyyat

Kriminal

04 Sentyabr 2020 13:31 1618


Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) əməliyyat keçirib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

"Daxil olmuş məlumatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmasının nəticəsi olaraq Baş İdarə tərəfindən Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) bir az öncə əməliyyat keçirilib", - F.Talıbov əlavə edib.. pizza mizza

O bildirib ki, yaxın zamanda bununla bağlı mediaya geniş məlumat veriləcək. (Report)

Əməliyyat zamanı bəzi vəzifəli şəxslər saxlanıldığı bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!