Azərbaycanda vəzifəli şəxslər maliyyə məlumatlarını təqdim edəcək - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxslər maliyyə məlumatlarını təqdim edəcək - RƏSMİ

Siyasət

27 Fevral 2020 18:19 742


Azərbaycanda vəzifəli şəxslər maliyyə xarakterli məlumatlar təqdim etməlidirlər. "Yeni Sabah" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən "Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı"da əksini tapıb. Sənədə əsasən, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2020-2022-ci illərdə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Bu tapşırığın icrası ilə bağlı Milli Məclis və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya isə tövsiyə verilib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!