Azərbaycanda vurulan bu peyvənd koronavirusdan da qoruyurmuş...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vurulan bu peyvənd koronavirusdan da qoruyurmuş...

Sağlamlıq

29 Mart 2020 23:42 1432


Koronavirusun tüğyan etdiyi dövrdə bir çox qərb alimlərində virusun postsovet dövlətlərində geniş yayılmaması ciddi təəccüb və maraq doğurur.

Həqiqətən Rusiya, Ukrayna, Azərbaycan və digər keçmiş sovet ölkələrində koronavirusdan ölüm halları Avropa və ABŞ ilə müqayisədə demək olar yox dərəcədədir.  

Yenisabah.az bir sıra xarici KİV-lərə istinadla bildirir ki, vəziyyəti analiz etdikdən sonra alimlər çox maraqlı nəticəyə gəliblər. Onların fikrinə görə, bunun səbəbi postsovet ölkələr və həmçinin bəzi digər koronavirusdan daha az zərər çəkən (Hindistan və s.) ölkələrdə BSJ peyvəndinin kütləvi şəkildə tətbiq olunmasıdır. Nəzərinizə çatdıraq ki, Azərbaycanda da bütün yenidoğulmuşlara bu peyvənd vurulur. Misal üçün, Avropa ölkələrində və ABŞ-da bu peyvəndin vurulması məcburi deyil. Dördpendirli pizza

Alimlərin fikrinə görə, vərəm əleyhinə olan BSJ ağciyərin immunitetini möhkəmləndirərək onu koronavirus zamanı inkişaf edən tənəffüs problemlərindən qoruya və bununla da atipik pnevmoniyanın riskini azalda bilir.

Hazırda Avstraliya alimləri vərəm əleyhinə vaksinin genişmiqyaslı sınağına başlayır. Vaksin ilk olaraq 4000 tibb işçisinə vurulacaq. Eksperimentin nəticələri yarım ildən sonra məlum olacaq.

Həmçinin BSJ ilə bağlı araşdırmalar Hollandiya, Fransa, İspaniyada və ABŞ-da nəzərdə tutulub.  

Nəzərinizə çatdıraq ki, BSJ-nın koronavirusa təsiri hələ tam sübut olunmayıb. /Saglamolun.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!