Azərbaycanda yağışlı hava bu vaxta kimi davam edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yağışlı hava bu vaxta kimi davam edəcək

Sosial

15 Sentyabr 2025 17:44 5512


“Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava gözlənilir. Sentyabrın 16-da səhər və axşam , sentyabrın 17-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehrimal olunur. Şimal-şərq küləyi əsəcək, havanın maksimal temperaturu 20-24 dərəcə isti olacaq.”

Bu barədə Bakupost.az -a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bölgələrədə sentyabrın 18-dək havanın arabir yağıntılı olacağı gözlənilir: Sezar pizza

“Bölgələrdə də sentyabrın 16-da əsasən, yağmursuz hava müşahidə olunsa da, gündüz saatlarından başlayaraq, ayın 18-i gündüzədək arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sentyabrın 17-i əsasən, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan olacağı, dolu düşəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq.”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!