Azərbaycanda yaşayış minimumu bu qədər olacaq:   15 manat artdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yaşayış minimumu bu qədər olacaq: 15 manat artdı

Sosial

05 Noyabr 2025 11:06 2067


Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.

Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 15 manat artırılaraq 300 manat olacaq. Toyuqlu pizza

2025-ci ildə yaşayış minimumu və ehtiyac meyarı 285 manat olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!