«Oğuz-9» ASC-nin idarə heyətinin sədri Şirin İlazar oğlu Şuminovun pulunu oğurlayanlar saxlanılıb.
“Yeni Sabah”ın məlumatına görə, Abbasov Pərviz Xəqani oğlu və İbrahimov Anar Musa oğluna qarşı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq-bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hər iki şəxs barəsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, yəhudi əsilli Şirin Şuminov Dağ və Avropa Yəhudi İcmalarının üzvidir. O, uzun illər qabaq Oğuz rayon İcra Hakimi işləyən Aydın Əlihüseynovla torpaq mübahisəsi ilə bağlı gündəmə gəlib. Sezar pizza
Azər İsrafilov
Telegram kanalımız