Azərbaycanda yeni bir rekorda imza atılacaq - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni bir rekorda imza atılacaq - Foto

Sosial

25 Oktyabr 2019 11:23 1118


Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabrın sonunda bir gündə 650 min ağacın əkilməsi ilə Azərbaycanda yeni bir rekorda imza atılacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, xeyirxah və nəcib təşəbbüs çərçivəsində hər kəs ağac əkmək fürsəti qazanacaq, yaşıllıqların, meşə sahələrinin nəzərəçarpacaq artımı baş verəcək. Dominos pizza

Onun sözlərinə görə ölkənin bütün bölgələrində bu tədbirə ciddi hazırlıq işləri gedir: "Əkiləcək ağacların hamısı Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib. Bu nəcib təşəbbüsə qoşulmaqla həm böyük şairin ruhuna öz ehtiramımızı bildirəcək, həm də bir gündə 650 min ağac əkməklə ətraf mühitin sağlamlaşdırılmasında örnək bir addım atmış olacağıq. Hər kəsi bu möhtəşəm aksiyaya qoşularaq ağac əkməyə və əkilən ağaclara vaxtaşırı qulluq etməyə çağırırıq. Əkilən hər ağac sağlam gələcək, sağlam ətraf mühit deməkdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!