Azərbaycanda yeni nazirlik yaradıldı - SƏRƏNCAM 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni nazirlik yaradıldı - SƏRƏNCAM 

Siyasət

16 İyul 2025 10:39 8984


Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılıb.

Qeyd olunub ki, Naxçıcan MR Nazirlər Kabineti iki ay müddətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməlidir. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Siz necə mediyasız? Xəbərlərinizi dərc etmədən öncə dəqiqləşdirin. Hörmətli Anar İbrahimov keçən ildən artıq Naxçıvan MR Ali məclis sərədrinin müavini deyil. Biraz peşəkar olmağa çalışın. Nə gəldi yazmayın
    10 months ago