Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 3 rayon sakini - 1963-cü il təvəllüdlü Nəsirova Yeganə Bəxtiyar qızı, 1985-ci il təvəllüdlü Şəmmədov Emil Habil oğlu və 1991-ci il təvəllüdlü Quliyev Xəqani Fəxrəddin oğlu xəsarət alıb. Marqarita pizza
Yaralılar xəstəxanaya çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. /Report
Telegram kanalımız