Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi

Sosial

23 Aprel 2025 11:30 5969


Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib.

“Yeni Sabah” Manset.az-a istinadən xəbər verir ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib.

Daha sonra Q.Təhməzlinin müvafiq əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib. Pepperoni pizza

Onun vəzifəsi Qida Təhlükəsizlik Agentliyinin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Məlumat AQTA-dan təsdiq edilib.

Zaur Kərimovun istefa vermə səbəbi bəlli deyil.

Qeyd edək ki, Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından hesab edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BU TƏŞKİLATIN XALQA HEÇ BİR FAYDASI YOXDUR. MARKETLƏRƏ NƏZARƏT ZƏİFDİR. KEYFİYYƏTSİZ MƏHSULLAR ( XÜSUSİLƏ KOLBASA VƏ SOSİSKA) GÜNÜ- GÜNDƏN ÇOXALIR.
    1 year ago