Azərbaycanda zavodda güclü yanğın başladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda zavodda güclü yanğın başladı

Hadisə

17 Oktyabr 2024 10:24 852


Tovuz Şərab Zavodunda güclü yanğın başlayıb.

“Yeni Sabah”a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Pepperoni pizza

APA-nın məlumatına görə, hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın güclü olduğundan qonşu rayonlardan Şəmkir, Ağstafa və Qazax Rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!