Azərbaycanda 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı 

Hadisə

23 Aprel 2024 18:06 889


Bərdə rayonunun Uğurbəyli kəndində 23 yaşlı qız qaçırılıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Rəsmi məlumatda bildirilib ki, aprel ayının 22-də Bərdə rayonunda 2001-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.  Marqarita pizza

Hazırda müraciət əsasında polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir. 

Qeyd edək ki, gənc qızın 45 yaşlı kişi tərəfindən evlənmək məqsədilə qaçırıldığı iddia olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!