Azərbaycanda azarkeşlərlə bağlı limit ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda azarkeşlərlə bağlı limit ləğv olundu

İdman

29 Mart 2022 15:09 435


Azərbaycanda futbol oyunlarını izləyən azarkeşlərin sayına qoyulan limit aradan qaldırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol Liqasının (PFL) saytı məlumat yayıb. Bildirilib ki,  plkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alan Peşəkar Futbol Liqası azarkeş limiti ilə bağlı dəyişiklik edib. Ümumi məsləhətləşmələrdən sonra 30 mart, 1 apreldə keçiriləcək I Divizionun XIX və 2-3 aprel tarixlərində keçiriləcək Premyer Liqanın XXI turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100 faiz olmasına icazə verilib.

Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!