Azərbaycandakı bu bankda kritik durum: Problemli kreditləri 70 milyona çatır

saytların hazırlanması

Evə çatdırılma

 Azərbaycandakı bu bankda kritik durum: Problemli kreditləri 70 milyona çatır

İqtisadiyyat

31 Avqust 2023 10:04 2962


“Ziraat Bank Azərbaycan”ın problemli kreditləri 2023-cü ilin ilk yarısında 69,4 milyon manata çatıb. 

“Yeni Sabah”ın araşdırmasına görə, bu, ilin əvvəli ilə müqayisədə 25,7% və 14,2  milyon manat çoxdur.  2023-cü ilin yanvar ayının 1-nə bankın vaxtı ötmüş kreditləri 55,2 milyon manat təşkil etmişdi. Bu dövrdə bankın vaxtı ötmüş kreditlərinin ümumi portfeldə payı 17,4%-dən 20%-ə kimi yüksəlib.

Problemli kreditlərin 68,6 milyon manatı biznes kreditlərinin (ilin əvvəlində 54,6 milyon manat), 685,6 min manatı istehlak kreditlərinin (ilin əvvəlində 568,5 min manat) və 82,2 min manatı (ilin əvvəlində olmayıb) isə daşınmaz əmlak kreditlərinin payına düşüb.  Sezar pizza

Bu dövrdə bankın vaxtı ötmüş biznes kreditləri 25,6% və ya 13,9 milyon manat artıb. İstehlak kreditləri üzrə isə bu rəqəm 20,6% və ya 117,1 min manat artıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!