Azərbaycandakı Ticarət Mərkəzlərində koronavirusa qarşı dezinfeksiya işləri davam edir - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandakı Ticarət Mərkəzlərində koronavirusa qarşı dezinfeksiya işləri davam edir - AÇIQLAMA

Sosial

12 Mart 2020 21:59 992


Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşları Azərbaycan hökumətinin koronavirusun ölkədə yayılmasının qarşısını almaq üçün gördüyü tədbirlərə dəstək olmağa, izdihamlı yerlərdən, o cümlədən qapalı məkanlardan yayınmağa çağırıb. Bununla əlaqədar Novruz bayramı münasibətilə kütləvi tədbirlər ləğv edilib.  

Martın 12-nə planlaşdırılan “Dəniz Mall”un açılışı da qeyri-müəyyən vaxta təxirə salınıb. 

Bununla bərabər, Azərbaycandakı digər ticarət mərkəzləri eyni rejimdə - 10:00-dan 22:00-a qədər işləyirlər.   pizza mizza

"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı media.az-a açıqlama verən “PashaConstruction Malls Group”un Marketinq Departamentinin rəhbəri Nuranə İskəndərova bildirib ki, “28 Mall”, “Amburan Mall”, “Gəncə Mall”, “Gənclik Mall” və “Port Baku Mall” ticarət mərkəzlərində koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri aparılır, sanitariya-gigiyena tədbirləri gücləndirilib. 

Öz növbəsində, “Park Bulvar”ın PR meneceri Günay Novruzqızının verdiyi məlumata görə, bu ticarət mərkəzində də koronavirusun yayılmasının qarşısının alınması tədbirləri görülür:  

“Ərazini təmizlədikdən sonra gecə müntəzəm olaraq dezinfeksiya işləri aparılır. Yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyenik sertifikatı olan “Biocon” və “Chloromed” xüsusi məhsullarından istifadə olunur. Bu maddələr insan sağlamlığına zərər vermirlər. Ticarət mərkəzinin ərazisində yerləşən bütün obyektlərdə dezinfeksiya işləri aparılır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!