Azərbaycandan Almaniyaya çarter reysi təşkil ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Almaniyaya çarter reysi təşkil ediləcək

Sosial

05 May 2020 10:53 1120


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi artıq təsdiq edib ki, Almaniyada yaşamaq icazəsi olan Azərbaycan vətəndaşları da 11 may 2020-ci il tarixində Frankfurt şəhərinə planlaşdırılan çarter reysindən istifadə edə biləcəklər.

Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

“Uçuş təxminən 230 avroya başa gələcək. Əlavə məlumatlar hələ məlum deyil və mümkün qədər ən qısa zaman ərzində bildiriləcək. Bu səbəbdən yaşamaq icazəsi olan şəxslərdən pasport və yaşayış icazəsinin bir nüsxəsini bu gün 05.05.2020-ci il tarixində, ən gec saat 14:00-dək rk-kontakt@baku.diplo.de elektron poçtuna göndərmələri xahiş olunur. Uçuş yerlərinin tükəndiyi halda Almaniya/Avropa İttifaqı ölkələrindən olan vətəndaşların əcnəbi ailə üzvlərinə, habelə sistem üçün vacib olan müvafiq peşə qruplarına üstünlük veriləcək”, - deyə qeyd olunub. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!