Azərbaycandan bu ölkələrə uçuşlar dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan bu ölkələrə uçuşlar dayandırıldı

Sosial

14 Mart 2020 20:12 1524


Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVİD-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğunu nəzərə alaraq, COVİD-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları”-nın Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Alma-Ata-Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Report"a Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

Operativ Qərargahın 12 mart 2020-ci il tarixli məlumatına əlavə olaraq bildirilib ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcəkdir. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!