Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

Sosial

01 Avqust 2019 12:53 1327


İyun ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 167 529 nəfər təşkil edib.

"Yeni Sabah" “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə gedənlərin sayı 13% artıb. pizza hut

Hesabat ayında Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 212 981 nəfərlə Rusiya, üçüncü yerdə isə 156 117 nəfərlə Türkiyə qərarlaşıb.

Gürcüstana gedən rusiyalıların sayında 24%, Türkiyə vətəndaşlarının sayında isə 38% artım qeydə alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!