Azərbaycandan ilk zəvvar qrupu Həcc ziyarətinə yola düşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan ilk zəvvar qrupu Həcc ziyarətinə yola düşdü

Maraqlı

17 İyun 2023 09:04 722


Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına səfərlər başlayır. 

Yenisabah.az xəbər verir ki, ilk zəvvar qrupu Bakı vaxtı ilə saat 05:45-də Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüblər. 

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanı saatı ilə saat 08:45-də çatacaqlar: pizza sifarişi

“Sonuncu zəvvar qrupu iyunun 22-də yola düşəcək. Ümumilikdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə ziyarətə gedəcək. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar. Sonuncu zəvvar qrupu iyulun 11-də Mədinədən yola düşəcək”. 

Qeyd edək ki, Həcc ziyarəti ilə bağlı sənəd qəbulu martın 17-dən başlayıb. Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. Ziyarətə getmək üçün yaş məhdudiyyəti yoxdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!