Azərbaycandan Naxçıvana avtomobil yolu ilə tranzit imkanı təmin ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Naxçıvana avtomobil yolu ilə tranzit imkanı təmin ediləcək

Rəsmi

22 Avqust 2022 21:43 3017


Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti bildirir ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan məlumatlara görə, avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə tranzit keçməsi mümkün olduqda, Ermənistan Respublikasının yerli və beynəlxalq yolları tranzit zamanı bağlanacaq ki, bu da Ermənistan sakinlərinin sərbəst hərəkətinə mane olacaq.

“Sizə bildiririk ki, Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti tərəfindən dövriyyəyə buraxılmış “Ermənistan Respublikası Hökumətinin 2011-ci il 12 may tarixli 703 nömrəli qərarına əlavələr edilməsi haqqında” hökumət qərarının layihəsində Naxçıvan Muxtar Respublikasına getmək üçün Azərbaycan Respublikasından avtomobil nəqliyyatı ilə tranzit keçmək imkanı verəcək 3 yeni buraxılış məntəqəsinin açılışı nəzərdə tutulur.

Hazırda yerli və ya beynəlxalq (dövlətlərarası) yolların bağlanmasını və ya Ermənistan əhalisinin, eləcə də əcnəbilərin və onların nəqliyyat vasitələrinin hərəkətinə digər məhdudiyyətlərin qoyulmasını planlaşdırmayan mümkün tranzit marşrutları və prosedurları hazırlanır”, - deyə məlumatda bildirilir. Moderator.az Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!