Ermənistana qaytarılan hərbçilər hazırda müstəntiqlər tərəfindən dindirilir, digərlərinin isə müalicəsi aparılır.
Yenisabah.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan məlumat verib.
Onun sözlərinə görə, hazırda 10 hərbçi şahid qismində dindirilir. Digər 7 nəfərin müalicəsi davam etdirilir, onlar da reabilitasiyadan sonra dindiriləcəklər. Pepperoni pizza
Tadevosyan bildirib ki, geri qayıdan əsgərlər arasında ağır yaralı olmayıb: "Bəzilərində yüngül qəlpə yaraları var, əsirlikdə onlara işgəncə verilməyib".
Xatırladaq ki, oktyabrın 4-də Bakı ABŞ-ın vasitəçiliyi ilə 17 erməni hərbçini İrəvana qaytarıb.
Telegram kanalımız