Azərbaycandan Rusiyaya 43 milyondan çox yumurta idxal edilib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Rusiyaya 43 milyondan çox yumurta idxal edilib

İqtisadiyyat

20 May 2024 16:48 1105


Bu günə olan məlumata görə, Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək Azərbaycandan 43,1 milyon ədəd, Türkiyədən isə 26,8 milyon ədəd yumurta idxal edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Mayın 13-dən 19-dək Azərbaycandan 1,2 milyon, Türkiyədən isə 950,4 min ədəd ərzaq yumurtasının növbəti partiyası Rusiyaya sonrakı satış üçün “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə daxil olub. pizza

2024-cü ilin əvvəlindən Rusiya Belarusdan 280,6 milyon ədəd yumurta idxal edib və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!