Azərbaycandan Rusiyaya keçmək istəyən 5 pakistanlı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Rusiyaya keçmək istəyən 5 pakistanlı saxlanıldı

Maraqlı

19 Sentyabr 2022 13:35 944


Sentyabrın 18-də Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında Azərbaycandan Rusiyaya keçməyə cəhd edərkən 5 nəfər Pakistan vətəndaşı saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Saxlanılan şəxslərdən üçünün avqust ayının sonlarında rəsmi qaydada Pakistandan Lahor-Bakı reysi ilə, ikisinin isə sentyabr ayında Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbaycana gəlmələri müəyyənləşdirilib. Dördpendirli pizza

Araşdırma zamanı Pakistan vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları məlum olub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!