Azərbaycandan Ukraynaya növbəti yardım göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Ukraynaya növbəti yardım göndərildi

Maraqlı

05 İyul 2022 09:34 751


Bu gün Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarət humanitar yardım göndərilir.

Yenisabah.az xəbər verir ki, yardıma saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər daxildir.

Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bugün saat 10:00-da Ukraynanın ölkəmizdəki səfirinin və Sumqayıt ŞİH nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınacaq. Marqarita pizza

Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Sumqayıt ŞİH-in Ukraynanın Çerkassı şəhərinə humanitar yardım göndərəcəyi ilə bağlı xəbərlər paylaşılmışdı.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!