Azərbaycanəsilli “Ataman” “Kral”a qalib gəldi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanəsilli “Ataman” “Kral”a qalib gəldi - Fotolar

İdman

08 Avqust 2021 17:57 1147


Qırğızıstanı təmsil edən Azərbaycan əsilli MMA idmançısı Rafael Fiziyev UFC-də növbəti döyüşünü keçirib.

Yenisabah.az xəbər verir ki, Fiziyev UFC-265 turniri çərçivəsində “Kinq” (“Kral”) ləqəbli Bobi Qrinlə qarşılaşıb və hakimlərin yekdil rəyi əsasında qalib gəlib.

Qeyd edək ki, görüş ABŞ-ın Hyuston şəhərində baş tutub və idmançının 2019-cu ildən çıxış etdiyi UFC-də beşinci döyüşü olub. Daha əvvəl Rafael bu turnirdə ilk görüşünü uduzsa da, sonrakı üç döyüşdə qalib gəlib. Toyuqlu pizza

Xatırladaq ki, 28 yaşlı “Ataman” ləqəbli Rafael Fiziyev indiyədək cəmi bir dəfə məğlub olub. O, 9 görüşdə qalib gəlib. Onun 34 yaşlı amerikalı rəqibi isə 27 görüşdə qalib gəlib, 11-də uduzub. Daha bir görüşü isə heç-heçə başa çatıb.

 

/Oxu.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!