“Azərbaycanı alçaldıcı sülhə məcbur etmək mümkün deyil” - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanı alçaldıcı sülhə məcbur etmək mümkün deyil” - Politoloq

Siyasət

20 İyul 2020 16:08 960


“Paşinyanın atəşkəsə tam nəzarət edilməsi ilə bağlı təklifi ilk başda sanki sülhpərəst mövqe kimi görünsə də, əslində, militarizmin və işğalçılığın mükafatlandırılmasına xidmət məqsədi güdür. Bir qədər geniş nəzərə salaq. Bu cür təkliflər mütəmadi olaraq gündəmə gətirilir. Ermənistan bunun daha çox indiki cəbhə xəttində (təmas xəttində) olmasını arzulayır. Həmsədrlər də bu barədə fikir bildiriblər. Guya məqsəd sülhü qorumaqdır. Amma axı ortada bir sülh yoxdur. Bu təklif münaqişənin ilk mərhələsində, dövlətlər arasında böyük miqyaslı müharibə başlamaq üzərəykən gündəmə gətirilsəydi ya da daimi sülh əldə edildikdən sonra mənalı görünərdi”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Araz Aslanlı deyib. Araz Aslanlı qeyd edib ki, indiki təmas xətti münaqişənin başlanğıc xətti deyil. Uzunmüddətli güc tətbiqi nəticəsində, beynəlxlq hüququn ağır şəkildə pozulması nəticəsində, insanlıq əleyhinə cinayətlərin reallaşdırılması bahasına formalaşdırılmış bir xətdir:

“Bir dövlət xaricdən aldğı hərbi dəstəklə digərinin ərazilərini işğal edib. Beynəlxalq hüququn əsas prinsiplərini pozur. BMT TŞ-nin işğalın aradan qaldırılmasıyla bağlı qətnamələrini yerinə yetirmir. İndi imkanlar arasındakı balans əleyhinə dəyişəndə təklif edir ki, təmas xəttinə nəzarət gücləndirilsin. Təmas xəttinin möhkəmləndirilməsi əslində işğalın müddətinin uzadılması, beynəlxalq hüququn pozulmağa davam etməsi deməkdir. Beynəlxalq təşkilatların müvafiq qərarlarının zibil vedrəsinə atılması deməkdir. Sülh əlbəttə ki, vacibdir. Münaqişə əlbəttə ki, zərərlidir. Amma "nəyin bahasına olursa olsun sülh" dünyada heç bir dövlətin qəbul etmədiyi bir prinsipdir. Əgər belə olsaydı, heç bir ölkənin Müdafiə Nnazirliyi olmazdı, heç bir ölkə ordu ya da ümumiyyətlə təhlükəsizlik qüvvəsi saxlamazdı. Sülh beynəlxalq hüquqa, ədalətə uyğun olması şərtiylə mənalıdır. Ermənistan doğurdan da sülh istəyirsə beynəlxalq hüquqdan qaynaqlanan öhdəliklərini yerinə yetirsin, işğal etdiyi əraziləri tərk etsin, cəbhədə provokasiya törətməsin. Onda hər hansı bir monitorinqə də ehtiyac qalmaya bilər. Münaqişə ilə bağlı atılacaq addımlar bu çərçivədə olmalıdır”.  pizza

Politoloq deyib ki, hərbi, diplomatik, iqtisadi və s. imkanlarımıza görə Azərbaycanın hansısa alçaldıcı sülhə məcbur edilməsi ehtimalı yoxdur. Hətta bu olsaydı belə beynəlxalq təcrübə göstərir ki, bu cür ədalətsiz "sülh"lər daha geniş miqyaslı hərbi münaqişələrin təməlini formalaşdırır:

“Əgər mütləq bir nəzarət lazımdırsa mən təxminən 15 il öncə təklif etmişdim ki, bu cür müşahidə qrupu sadəcə iki ölkənin sərhədində ola bilər. Sadəcə, bizim nəzarətimizdə olan sərhəddə deyil, eləcə də nəzarətimiz olmayan hissədə. Bütün sərhəd boyunca yerləşsinlər və mütəmadi tam nəzarət həyata keçirsinlər. Beləcə həm də hamı görsün ki, sərhədin nəzarətimizdə olmayan hissəsində nə baş verir, hansı hərbi hərəkətliliklər olur. Digər halda atəşkəs xəttində bu cür müşahidənin təşkil olunması sadəcə işğalın leqallaşdırılması prosesinə xidmət edəcək”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!