“Lüksemburqa qarşı daha yaxşı oynamalı idik. Rəqib çox yaxşı çıxış etdi”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Serbiya yığmasının yarımmüdafiəçisi Duşan Tadiç DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq üzərində 1:0 hesablı qələbə qazandıqları oyun haqqında danışarkən söyləyib.
33 yaşlı futbolçu pleymeyker sabah Azərbaycan millisinə qarşı keçiriləcək oyun barədə də fikirlərini bildirib. “Ayaks”ın üzvü qələbə qazanacaqlarından əmin danışıb: Toyuqlu pizza
“Lüksemburqla görüşü unudacağıq. Pis-yaxşı 3 xal əldə etdik. Artıq növbəti oyuna köklənmişik. Azərbaycanı da məğlub edəcəyik. Ondan sonra Portuqaliyaya qarşı final matçına hazırlaşacağıq”.
Qeyd edək ki, Sabah Belqradda keçiriləcək Serbiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.(Apasport)
Telegram kanalımız