Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli oldu

İdman

28 Oktyabr 2022 19:35 1205


Azərbaycanı İsraildə keçiriləcək dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) Yenisabah.az-a verilən məlumata görə, Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə yığmanın heyətində mundialda iştirak edəcəklər.

AŞF-in təşkil etdiyi seçim turnirinin nəticələrinə əsasən, Süleymanlı qalib olub. Hüseynov ikinci yeri tutub. Əsədli və Məmmədov isə yarışı 3-4-cü yerlərdə başa vurub. Toyuqlu pizza

Qeyd edək ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da 19 - 26 noyabrda keçiriləcək dünya çempionatında millinin şərəfini qoruyacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!