Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Qazaxıstan, Gürcüstan və ya sərhəddə imzalanması hamının xeyrinədir.
Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiyadan Azərbaycan əleyhinə verilən açıqlamalara diqqət çəkib: Toyuqlu pizza
“Dünən Rusiya Dövlət Dumasının deputatı, MDB üzrə Komitənin sədr müavini Konstantin Zatulin Azərbaycan əleyhinə açıqlamalar verdi, bu gün də müdafiə naziri Andrey Belousov Bakı və İrəvana mesaj yolladı. Rusiyanın yeni müdafiə naziri KTMT-nin Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən iclasında söyləyib ki, NATO ölkələri Ermənistan və Azərbaycana həyasızcasına vasitəçilik xidmətləri təklif edirlər: “Sülh müqaviləsinin yalnız Qərb platformaları və diktə əsasında imzalanması təklif edilir”.
Belousov Vaşinqton və Brüsselin Cənubi Qafqazda möhkəmlənməyə çalışdığını bildirib.
Əslində Rusiya müdafiə naziri bu açıqlama ilə NATO ölkələrini deyil, Cənubi Qfaqaz ölkələrini xəbərdar edib ki, Qərbdən uzaq dayanın. Kreml əvvəlki kimi Cənubi Qafqazı “arxa bağça”sı sayır və müstəqil dövlətlərin daxili işlərinə qarışmağa meyllidir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin Qərb ölkələrindən birində imzalanması Bakı və İrəvanın maraqlarına uyğun olmasa da, adıçəkilən sənədin Moskvada imzalanması da, tərəflərin maraqlarına cavab vermir. Moskvada imzalanan saziş Rusiyaya bölgəyə təsir etmək üçün əlavə alət qazandıracaq.
Sülh və ya çərçivə sazişinin üç məkandan birində imzalanmasına isə nə Rusiya, nə də Qərb etiraz edə biləcək. Sazişin Qazaxıstan, Gürcüstan və ya elə sərhəd məntəqəsində imzalanması hamının xeyrinədir”.
Rusiya müdafiə naziri bundan əvvəl söyləmişdi ki, Ermənistan və Azərbaycana yalnız Qərb platformalarında sülh müqaviləsi imzalamaq və vasitəçilik xidmətləri təklif olunur: “NATO Qafqazda öz mövqelərini möhkəmləndirməyə, Xəzər dənizinin resursları və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışır”.
Belousov Qərbin Gürcüstanı da anti-Rusiya fəaliyyətlərinə cəlb etməyə çalışmaqda günahlandırıb. Onun iddiasına görə, Qərb Tiflisdəki etirazları maliyyələşdirir və sabitliyi pozur.
Telegram kanalımız